Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” adlı təlimlər keçirilib.

09 sentyabr 2022 | 17:35

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və ictimai şura üzvləri üçün təlimlər davam edir. Növbəti təlimlər Şirvan şəhəri, Mədəniyyət Mərkəzində təşkil edilib. Təlimlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, təlimçilər Azərbaycan Açıq Hökumət Platformasının kooridnatoru, hüquqşünas Əliməmməd Nuriyev, “Demokratiyanı öyrənmə” İB sədri, hüquqşünas Mirəli Hüseynov, Agentliyin əməkdaşları, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Neftçala, Salyan üzrə yerli icra hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri, müvafiq şöbənin müdirləri, yerli icra hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuraların rəhbərləri və üzvləri iştirak ediblər. Təlimlər yerli icra hakmiyyəti orqanlarının ictimai iştirakçılıq, İctimai Şuralara seçkilərin təşkili və keçirilməsi prosesi, İctimai Şuraların hüquq və vəzifələri, fəaliyyət çərçivəsi, dövlət orqanlarının ictimai iştirakçılığın təmin olunması ilə bağlı öhdəlikləri sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

 

Mətbuat Xidməti

Keçidlər