Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda insan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi mövzusunda tədbir keçirilib.

07 fevral 2025 | 16:51

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar fevralın 7-də şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xəqani Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şirvan şəhəri üzrə KOB dostu Rəhman Nəcəfov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və sahibkarlar iştirak ediblər.

Tədbirdə mövzunun əhəmiyyəti qeyd edilərək, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər