Şirvanda işəgötürənlər məşğulluq xidmətləri ilə bağlı məlumatlandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə 23 sentyabr 2022-ci il tarixdə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində işəgötürənlərlə görüş keçirilib. Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Şəhər İcra Hakimiyyəti İstehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, filialın Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Vasif Mənəfov və işəgötürənlər iştirak edib. İşəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.
Mətbuat xidməti