Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib.

24 yanvar 2024 | 16:48

24 yanvar 2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Şirvan şəhərində əmək yarmarkası təşkil olunub.

Yarmarkada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev, işəgötürənlər, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şirvan Olimpiya İdman Kompleksində keçirilən tədbirdə işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.

Dövlət və özəl sektordan olan 20 işəgötürənin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə 160-dan çox vakansiya təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada vətəndaşlara digər aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Keçidlər