Şirvanda Kiçik və Orta Biznes subyektlərinin vergi qanunvericiliyi və inzibatçılığı sahəsində çətinliklərinin öyrənilməsinə dair görüş keçirilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarların bilik və bacarıqlaının artırılması, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə görüşlər keçirilir. 25.07.2023-cü il tarixində Şirvan KOB Dostunun təşkilatçılığı ilə Şirvan şəhərindən olan bir qrup sahibkarlarla “Vergi qanunvericiliyi və inzibatçılığı sahəsində çətinliklərinin öyrənilməsi” mövzusunda Şirvan Gənclər Evində görüş keçirilmişdir. Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu Publik Hüquqi Şəxsin uyğunluğun qiymətləndirilməsi departamentinin məhsulların və xidmətlərin sertifikatlaşdırılması şöbəsinin Salyan Regional Bölməsinin müdiri Əziz Baxışov, Şirvan şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Həsən Həsənov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Şirvan şəhər üzrə nümayəndəsi Bəhruz Quliyev iştirak etdilər. Dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.