Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

12 noyabr 2025 | 17:58

Noyabrın 12-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi Sevinc Ələkbərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.

Həmçinin vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, milli suverenliyin, siyasi sabitliyin və hüquqi dövlətçiliyin bərqərar olmasına zəmin yaratmışdır.

Çıxışlarda bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla inkişaf etdiyi, qısa müddətdə əsrə bərabər inkişaf yolu keçən müstəqil respublikamızın daha güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrildiyini diqqətə çatdırılıb.

Eyni zamanda Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtmasından danışılıb.

Tədbirdə Azərbaycan Televiziyası tərəfindən hazırlanan 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Keçidlər