Şirvanda küçə və məhəllə daxili yolların əsaslı təmiri, su və kanalizasiya xətlərinin yenidənqurulması işləri surətlə davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqram”ına uyğun olaraq Şirvan şəhərində abadlıq, quruculuq, küçə və məhəllə daxili yolların əsaslı təmiri, su və kanalizasiya xətlərinin yenidənqurulması işləri surətlə davam etdirilir. 2020-ci ildə Şirvan şəhərində 29 küçə və məhəllə daxili yollara 10,2 km uzunluğunda 51072m2, 2021-ci ildə 39 küçə və məhəllə daxili yollara 12,2 km uzunluğunda 57522m2 sahədə asfalt-beton örtük vurulub. 2022-ci ildə isə 32 küçə və məhəllə daxili yollara 10,9 km uzunluğunda 51121m2 sahədə asfalt-beton örtüyünün vurulması planlaşdırılıb. Hazırda bu istiqamətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarında yekun rəyin verilməsi ilə əlaqədar sənədləşmə işləri tamamlanmaq üzrədir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkşafı Dövlət Proqram”larının icrası ilə bağlı “Azərsu” ASC tərəfindən şəhərin su təchizatının və kanalzasiya sisteminin yenidən qurulması ilə əlaqədar 2020-ci il ərzində müxtəlif diametrli 11622 p/m su və 4248p/m kanalzasiya xətti çəkilib, 349 ədəd mexaniki su sayğacı və 192 ədəd kanalzasiya quyu qapağı quraşdırılıb. 2021 -ci il ərzində 3200 p/m su və 1750 p/m kanalzasiya xətti, 2022-ci il ərzində 11302 p/m su və 9532 p/m kanalzasiya xətti çəkilib, 1195 ədəd mexaniki su sayğacı və 549 ədəd kanalzasiya baxış quyusu quraşdırılıb. Uzun illərdən bəri Şirvan şəhər sakinlərinin narahatçılığına səbəb olan problemli məsələlərdən biri də çoxmənzilli yaşayış binalarında kanalzasiya sistemlərinin yararsız halda olması idi. Qeyd olunanlarla bağlı Şirvan şəhər rəhbərliyi tərəfindən “Azərsu” ASC qarşısında məsələ qaldırılmış, şəhər üzrə ilkin mərhələdə zirzəmilərinin çirkab sulardan təmizlənməsi və kanalzasiya xətlərinin təmiri nəzərdə tutulan 76 çoxmənzilli yaşayış binalarından 62-də işlər başa çatmışdır. Hazırda işlər mərhələli şəkildə davam etdirilir. T.İsmayılov küçəsi 1, 3, 5, 7, 9, 10, 11, 17, 19, Xəqani 10, 20, 20 Yanvar 17, 17A saylı binalarda bu işlər tamamilə başa çatdırılıb, bina daxili kanalzasiya xətləri məhəllə daxili yollarda yeni inşa edilmiş kanalzasiya xətlərinə birləşdirilibr. Məhəllə daxili kanalzasiya xətlərində kipləşdirmə işləri başa çatdırılıb , T.İsmayılov 2, 5, 7, 9, 10, 11, 11A, 13, 15, 19, Xəqani 17, 20, 22, 31, 20 Yanvar 17, 17A saylı binaların məhəllə daxili yollarına asfalt-beton örtük vurulub. Hazırda Xəqani 10, T.İsmayılov 13, 17 saylı binaların məhəllədaxili yollarında asfalt-beton örtüyün vurulması işləri aparılır. Dövlət Proqramının icrası olaraq şəhərin digər mərkəzi küçələrində yeni çəkilmiş kanalizasiya xətlərinin yerləşdiyi sahələr kipləşdirilib və asfalt-beton örtük vurulub. Hazırda şəhərin Xəqani küçəsində asfalt-beton örtüyünün vurulması işləri aparılır. Şəhərin “Bağ evləri” yaşayış sahəsində, eyni zamanda Heydər Əliyev, H.Z.Tağıyev və M.İbrahimov küçələrində müxtəlif diametrli polietilen borularla çəkilmiş su xətlərinin inşası zamanı qazılmış hissələr kipləşdirilib və asfalt-beton örtüyünün bərpası işləri aparılır. Şirvan şəhərində əhalinin həyat şəraitinin yaxşılaşdırılması və şəhərin abadlaşması istiqamətində işlər qısa müddətdə başa çatdırılacaqdır.
Mətbuat xidməti