Şirvanda küçələrin asfaltlanması işlərinə başlanılıb.
Şirvan şəhəri ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq, əsaslı təmir işləri çərçivəsində nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə şəhərin mərkəzi və məhəllədaxili küçələrinin asfalt-beton örtüyünün vurulması işlərinə başlanılmışdır.
Hazırda şəhərin Əzizə Cəfərzadə, Əliş Ləmbəranski, Naxçıvan, Ağasadıq Gəraybəyli, 20 Yanvar, Məhəmməd Füzuli küçələrində köhnə örtüyün dağılmış hissələrinin qazılıb çıxarılması, çınqıl-qum qarışığından hamarlayıcı qatın düzəldilməsi və kipləşdirilməsi, Taleh Ələkbərov küçəsində isə frez maşını ilə asfalt-beton örtüyünün profilinin düzəldilməsi işləri aparılır.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2025-ci ildə şəhər ərazisində yolların əsaslı təmiri ilə əlaqədar başa çatmış tender proseduruna əsasən şəhərin 26 küçəsində 48729.4 m2 asfalt-beton örtüyünün vurulması planlaşdırılır.