Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda küçələrin və məhəllərin abadlaşması davam etdirilir.

30 may 2022 | 17:20
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uğun olaraq respublikamızın bölgələrində aparılan irimiqyaslı abadlıq-quruculuq işləri Şirvan şəhərində də uğurla davam etdirilir. Görülən işlər şəhərin inkişafına, çiçəklənməsinə, əhalinin rahatlığının təmin olunmasına, Şirvanın ən yaraşıqlı şəhərlərdən birinə çevrilməsinə xidmət edir.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq son dövrdə Şirvan şəhərində 122 küçə tam işıqlandırılıb, 39 küçə asfaltlanıb. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri həyata keçirilir. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında abadlıq-yenidənqurma işləri aparıldıqdan sonra şəhər sakinləri və şəhərimizin qonaqları üçün əsl istirahət guşəsinə çevrilib. Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllələr sakinlərin istifadəsinə verilib.
Mərkəzi və məhəllədaxili küçələrin asfaltlanması işləri davam etdirilir. Növbəti mərhələdə şəhərin 32 küçəsinə 51672 kv.metr asvalt örtüyün vurulması nəzərdə tutulub. Bunun üçün Azərdövlət Sənaye Layihə Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb, layihə smeta sənədləri hazırlanıb, artıq tenderin keçirilməsi üçün elan verilib. Heydər Əliyev, Mirzə Kazımbəy, Şirin Şükürov, Əliağa Kürçaylı, Mikayıl Müşviq, Şah İsmayıl Xətai, Fikrət Əmirov, Məmməd Əmin Rəsulzadə, Mirzə İbrahimov, Nəriman Nərimanov, Amal Alışanlı, Ziya Bünyadov, Vəli Axundov, Sahib Zeynalov, Mahir Mirzəyev, M.Qədirov, Səttar Bəhlulzadə, Cəmşid Naxçivanski, Babək, Rəşid Behbudov, Nəcəfbəy Vəzirov, Yusif Məmmədəliyev, Çingiz Mustafayev, Xəqani, Neftçilər, Ağasadıq Gəraybəyli, Füzuli küçələrinə asvalt örtüyün vurulması nəzərdə tutulub.
Tezliklə şəhərin İstiqlaliyyət küçəsi 3, 7 saylı, 20 Yanvar 1, 2 saylı binaların qarşısında abad məhəllərin salınması planlaşdırılır.
Şirvan şəhəri ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdiriləcəkdir.
Mətbuat xidməti
Keçidlər