Şirvanda lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri ziyarət olunub.
Sentyabrın 18-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və aparatın digər əməkdaşları ötən il Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş ordumuzun hərbi qulluqçuları Rəşad Hüseynov və Əli Tağıyevin ildönümü ərəfəsində ailələrini ziyarət ediblər.
Ziyarət zamanı 44 günlük haqq savaşımızda qazanılan tarixi qələbədən, qəhrəman Vətən şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Məhz aparılan antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunduğu qeyd edilib. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunaraq, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin sosial qayğıları ilə maraqlanıb, müraciət və təkliflərini dinləyib. Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.