Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələri ziyarət olunub.

19 sentyabr 2025 | 15:33

Sentyabrın 19-da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın digər əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş ordumuzun hərbi qulluqçuları Rəşad Hüseynov və Əli Tağıyevin ikinci ildönümü ərəfəsində ailələrini ziyarət ediblər.

Ziyarət zamanı 44 günlük haqq savaşımızda qazanılan tarixi Zəfərdən, şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan danışılıb, eləcə də müharibə meydanında göstərdikləri şücaətlərdən qürurla söhbət açılıb. Qeyd edilib ki, bir gündən az müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri ölkəmizin gücünün, Şanlı Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarixin səhifələrinə yazıldı. Cəmi 23 saat davam edən, suverenliyimizin tam bərpası ilə yekunlaşan və separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən iki il ötür.

Həmçinin şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunaraq, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinin sosial qayğıları ilə maraqlanıb, müraciət və təkliflərini dinləyib. Şəhid ailəsi üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər