Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Milli Qəhrəman Tahir Bağırovun xatirəsi anılıb.

10 oktyabr 2025 | 17:38

Oktyabrın 10-da Birinci Qarabağ müharibəsində vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Bağırovun anım gününə həsr olunmuş tədbir keçirilib.

Milli qəhrəmanın adını daşıdığı Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən tədbirdə öncə Milli Qəhrəmanın büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, şəhidin ailə üzvləri və yaxınları, məktəbin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Elvin Balayev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, canını Vətən uğrunda fəda edənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib, şəhidlik zirvəsinin vətənə sədaqətin ən yüksək zirvə olduğunu, şəhidlərimizin hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

Digər çıxış edənlər ölkəmizin suverenliyinin və ərazi bütövlüyünü qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə ona Azərbaycanın Milli Qəhrəmanı adının verildiyi, təhsil aldığı orta məktəbin onun adını daşıdığı və büstünün qoyulduğunu diqqətə çatdırıblar.

Tədbirdə 11 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Tahir  Bağırova həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər