Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

16 mart 2024 | 12:40

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 17-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və miqrasiya əməkdaşları iştirak ediblər.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-cı ildönümü və peşə bayramı günü, həmçinin Novruz bayramı münasibətilə miqrasiya orqanları işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət Miqrasiya Xidmətinin keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən, vətəndaş məmnunluğunun və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan Dövlət Miqrasiya Xidmətində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılılması istiqamətində kompleks tədbirlər görülüb.

Sonra Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov çıxış edərək, təbrikə görə əməkdaşlar adından şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib, miqrasiya orqanları əməkdaşlarının ölkə başçısının rəhbərliyi ilə qarşıya qoyulan tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, dövlətə, xalqa əzm və sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Daha sonra Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə Şirvan Regional Miqrasiya İdarəsinin bir qrup əməkdaşı şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər