Şirvanda Müqəddəs Qurban bayramı qeyd edilib.
Respublikamızın hər yerində olduğu kimi Şirvan şəhərində də İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini özündə əks etdirən bayramlardan biri olan Müqəddəs Qurban bayramı geniş qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban aksiyası çərçivəsində qurbanlar kəsilib, şəhərdə yaşayan şəhid ailələrinə, müharibə iştirakçılarına, Çernobıl əlillərinə, aztəminatlı ailələrə və bu kimi həssas kateqoriyadan olan şəxslərə paylanılıb, maddi yardımlar edilib.
Qurban payları siyahı əsasında tək-tək sahiblərinə çatdırılıb, maddi yardımlar isə bank hesablarına köçürülüb.
Sakinlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qurban bayramınız mübarək!