Şirvanda Müqəddəs Qurban bayramı qeyd edilib.
Respublikamızın hər yerində olduğu kimi Şirvan şəhərində də İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini özündə əks etdirən bayramlardan biri olan Müqəddəs Qurban bayramı geniş qeyd edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban aksiyası çərçivəsində qurbanlar kəsilib, şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, müharibə veteranlarına, Çernobıl əlillərinə, gözdən əlilliyi olan şəxslərə, Rus icmasının üzvlərinə, aztəminatlı ailələrə və bu kimi həssas kateqoriyadan olan şəxslərə paylanılıb.
Qurban payları siyahı əsasında tək-tək sahiblərinə çatdırılıb.
Sakinlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda bildiririk ki, Qurban bayramı günlərində Şirvan Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi şəhərin Ş.Şükürov, Xəqani 38A, M.Mirzəyev və Leytenant İbrahimov küçəsi ünvanlarında heyvanların satış və kəsim yerləri fəaliyyət göstərir.






