Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Müstəqilliyin Bərpası Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilib.

16 oktyabr 2026 | 17:10

Oktyabrın 16-da Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şirvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-nin tələbələrinin ifasında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək iştirakçıları 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib, Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpası uğrunda apardığı mübarizədən və müstəqilliyimizin qorunub saxlanılmasının vacibliyindən bəhs edib.

İlqar Abbasov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi və müəyyən etdiyi strateji inkişaf kursu ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçilik ənənələrinin qorunub saxlanılmasında və Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayıb. Vurğulayıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Daha sonra Məhəmməd Füzuli adına Mədəniyyət və Parkının ərazisində yerləşən Zəfər abidəsinin ətrafında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Keçidlər