Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Narkomaniya əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib.

07 oktyabr 2022 | 16:05

07 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə ümumilikdə 200 nəfərə yaxın gənc iştirak edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov çıxış edərək, narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial bəlalardan biri olduğunu bildirb. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsinin dövlətləri daha sərt addımlar atmağa məcbur etdiyini qeyd edib. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımların nəticəsində son illərdə mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Son günlər Azərbaycanda narkomaniyaya qarşı mübarizə sahəsində geniş tədbirlərin həyata keçirilməsindən bəhs edib. Bundan öncəki mübarizə tədbirlərindən fərqli olaraq hazırda ictimaiyyətin də rəsmi qurumlara kömək məqsədi ilə təbliğat işlərində fəal iştirak etdiyini vurğulayıb. Sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin rəisi, polis kapitanı Əlihüseyn Tağızadə Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərə qarşı mübarizə sahəsində son zamanlar görülən işlərdən bəhs edib. Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Rafail Nəsirov çıxış edərək narkomaniyanın qarşısını almaq üçün mühüm tədbirlərdən biri də  insanların, xüsusən yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi olduğunu bildirib. Gənclərə asudə vaxtlarının elm, təhsil, idman, yaradıcılıq və maraq dairələrinə uyğun  peşələri öyrənmək kimi daha səmərəli işlərə sərf etməyi tövsiyə edib. Tədbirdə iştirak edən polis kapitanı, baş müstəntiq Əhməd Baloğlanov tələbələri maraqlandıran sualları cavablandırıb. Şirvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Hüseyn İsmayılov narkotiklərlə mübarizə sahəsində Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən görülən işlərdən danışıb. Gənclər Evinin əməkdaşı Nicat Sarxanov narkomaniyanın psixoloji fəsadları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra narkotiklərin mənfi fəsadları barədə qısa video-roliklər nümayiş olunub. Tədbirin sonunda Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov belə maarifləndirici görüşlərin əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürünü bildirib.

 

 

Mətbuat xidməti

Keçidlər