Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.

01 noyabr 2024 | 15:43

Noyabrın 1-də Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının fəaliyyətindən danışıb. Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil edildiyini diqqətə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin önəmini qeyd edib. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının Şirvan şəhərində də uğurla həyata keçirildiyini vurğulayıb. 

Sonra çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Hazırda şəhərimizdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi istiqamətində xeyli işlər görüldüyünü, ardıcıl maarifləndirmə və profilaktik işlərin aparıldığını vurğulayıblar. Gəncləri sağlam həyat tərzi keçirməyə, səmərəli işlərlə məğşul olmağa, özlərini və yaxınlarını “ağ ölüm”dən qorumağa, aparılan profilaktik və maarifləndirici tədbirlərə biganə qalmamağa səsləyiblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Keçidlər