Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.

02 may 2025 | 14:41

Mayın 2-də Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Öncə məktəblilərin hazırladığı rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə narkotik vasitələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması və digər məsələlər barədə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.

Sonra gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Keçidlər