Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbir keçirilib.

15 noyabr 2022 | 15:54

15  noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə 13 nömrəli tam orta məktəbdə 2, 13, 14 nömrəli məktəblərin yuxarı sinif  şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda  maarifləndirmə tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Prokuroru Kamal Talıbov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, məktəb direktorları və “Narkomaniyaya yox deyək!”  loqolu  köynək geyinən  yuxarı sinif şagirdləri iştirak edib. Tədbir iştirakçıları öncə məktəblilərin “Narkomaniyaya yox deyək!” mövzusunda  hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq iştirakçıları salamlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar edilib. Şəhər İcra Hakimiyyətinin başçısı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının fəaliyyətindən danışıb. Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, müxtəlif zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində  şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil edildiyini diqqətə çatdırıb. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə  mənəvi-əxlaqi dəyərlərin  önəmini qeyd edib. Narkomanlığa, narkotik vasitələrinlərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Narkomaniya ilə  mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının Şirvan şəhərində də  uğurla həyata keçirildiyini bildirib. Tədbirdə çıxış edən şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Şirvan şəhər Prokuroru Kamal Talıbov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov hazırda şəhərimizdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, qısa müddətdə şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli işlər görüldüyünü, ardıcıl maarifləndirmə və profilaktik işlərin aparıldığını  vurğulayıblar. Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan yuxarı sinif şagirdlərinə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verib. Polis peşəsinin şərəfli xidmət sahəsi olmasından, DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkilindən, onun maddi-texniki bazası və  yaradılan şəraitdən danışıb. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

                                                                                                                      

  Mətbuat xidməti

Keçidlər