Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib.

13 may 2026 | 17:51

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planına uyğun olaraq, mayın 13-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, ŞİHB yanında “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiya”nın sədri Orxan İbrahimov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, müəllimlər, məktəb psixoloqları və valideynlər iştirak ediblər.

Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib, narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda narkotiklər və psixotrop maddələrin zərərləri barədə maarifləndirici bukletlər paylanılıb.

Keçidlər