Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.

21 oktyabr 2024 | 15:24

Oktyabrın 21-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərin Heydər Əliyev prospekti boyunca olan ərazidə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının və xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.

Aksiya zamanı 300 ədəd eldar şamı əkilərək suvarılıb, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Keçidlər