Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.

22 oktyabr 2024 | 16:51

Oktyabrın 22-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərin Heydər Əliyev prospekti boyunca olan ərazidə və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, Şirvan Peşə Liseyinin və xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.

Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 200 ədəd eldar şamı, 1000-ə yaxın gül və dekorativ kollar əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Keçidlər