Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.
Oktyabrın 23-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərin Heydər Əliyev prospekti boyunca olan ərazidə və M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 600 ədəd eldar şamı, 1290 ədəd gül və dekorativ kollar əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.