Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.
Oktyabrın 24-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şirvan-Hacıqabul avtomobil yolunun Heydər Əliyev prospektinə düşən hissəsində və Heydər Əliyev adına Parkda ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 1230 ədəd ağac və dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.