Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.
Oktyabrın 26-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şirvan-Hacıqabul avtomobil yolunun Heydər Əliyev prospektinə düşən hissəsində və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailəsi üzvləri və xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 200 ədəd ağac və dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.