Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.
Oktyabrın 27-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şirvan-Hacıqabul avtomobil yolunun Heydər Əliyev prospektinə düşən hissəsində və Bayraq Meydanı ərazisində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və xidmət təşkilatlarının kollektivləri iştirak ediblər.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 250 ədəd eldar şamı əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.