Şirvanda növbəti ağacəkmə aksiyası keçirilib.
Oktyabrın 28-də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şirvan-Salyan avtomobil yolunun kənarında və Heydər Əliyev adına Parkda ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Altıncı çağırış Milli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, “Shirvan Operating Company LTD” Şirkəti və “Karasu Operating Company LTD” Şirkətinin filialının kollektivləri iştirak ediblər.
Aksiya zamanı yerli iqlim şəraitinə uyğun 2160 ədəd eldar şamı, sərv ağacı və dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.