Şirvanda növbəti maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılmasının) icrası ilə əlaqədar may ayının 5-i və 7-i tarixlərində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən vətəndaş qəbulunda, həmçinin səyyar görüşdə iştirak edən vətəndaşlara qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı müvafiq bukletlər paylanmışdır. Bu istiqamətdə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir.