Şirvanda növbəti qanvermə aksiyası keçirilib.
Dekabrın 7-də Şirvan Şəhər İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə Mərkəzi Qan Bankının Şirvan Regional Bölməsində növbəti könüllü qanvermə aksiyası təşkil olunub.
ŞİHBA-nın və onun struktur bölmələrinin, şəhərin idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də şəhər sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib.
Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.
Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra yığılan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır.