Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda növbəti səyyar görüş keçirilib.

18 avqust 2026 | 15:19

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov avqustun 18-də şəhərin Energetik küçəsində yerləşən nümunəvi məhəllədə sakinlərlə səyyar görüş keçirib.

Görüşdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də ərazidə yaşayan sakinlər iştirak ediblər.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sakinlərlə görüş zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işləri, infrastrukturun yenilənməsi istiqamətində görülən tədbirlər və qarşıda duran layihələr barədə məlumat verib. Bildirib ki, şəhərin müxtəlif ərazilərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, küçələrin müasir işıqlandırma sistemi ilə təmin edilməsi, asfalt-beton örtüyünün yenilənməsi istiqamətində işlər davam etdirilir.

Həmçinin MİDA-nın “Yeni Şirvan” yaşayış kompleksi, digər infrastruktur layihələri, Kür çayının sahilində inşa olunan “Şirvan bulvarı”nın tikintisi üzrə görülən işlər barədə məlumat verilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulan tədbirlər və şəhərin gələcək inkişafı ilə bağlı prioritetlər də diqqətə çatdırılıb.

Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti qurumların rəhbərləri ilə müzakirə olunub. Bəzi məsələlərə yerindəcə aydınlıq gətirilib, əlavə araşdırma tələb edən müraciətlərin həlli ilə bağlı tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.

Sakinlər müraciətlərinin dinlənilməsi və qaldırdıqları məsələlərə diqqətlə yanaşılmasından razılıqlarını bildirərək, möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər