Şirvanda növbəti təmizlik aksiyası keçirilib 15.07.2023
15 iyul 2023-cü il tarixində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin və məsul əməkdaşlarının, şəhər könüllülərinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, şəhərin kommunal-təsərrüfat və xidmət sahələrinin və digər qurumların iştirak etdiyi aksiyada Kür çayı sahilində uzunluğu 2.5 km, sahəsi 7500 m²-lik sahələrə atılmış ümumi həcmi 1380 kq məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb. Ümumilikdə 230 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.