Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Novruz bayramı münasibətilə tədbir keçirilib.

15 mart 2024 | 20:10

Martın 15-də Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhərin mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər abidəsinin önündə keçirilən tədbirdə öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırıb.

Bayram tədbirini açan el ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını, xoş arzularını bildirib və  Bahar qızı ilə birlikdə yazın gəlişinin simvolu olan Səmənini şəhər İcra Hakimiyyətinin başçısına təqdim ediblər. Keçəl, Kosa şənliyə gələn qonaqları salamlayaraq, şən söhbətləri ilə bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Sonra Şirvan idmançılarının cəngi sədaları altında müxtəlif idman növləri üzrə nömrələrinə, şəhər ümumtəhsil məktəblərinin hazırladıqları Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işləri və rəsm əsərlərindən ibarət sərgi baxış keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini tədbik edib, möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirib. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə bir qrup şəxsin o, cümlədən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Namaz oğlu Abbasovun, Şirvan şəhər sakinləri şəhid atası Alim Səməd oğlu Zülfüqarovun və YAP veteranı Paşa Sədi oğlu Nəbiyevin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təltif olunmuş şəxslərə medalları təqdim edib. 

Daha sonra bayram tədbir respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Keçidlər