Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib.

14 iyul 2023 | 19:27

14 iyul 2023-cü il tarixində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şirvan Şəhər Mədəniyyət Mərkəzinin səhnəsində “Nurlu ömrün anları” tamaşasını oynayıblar. Tamaşa Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nümayiş olunub. Nümayişdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, mədəniyyət işçiləri, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar olaraq respublikamızda, o cümlədən Şirvan şəhərində silsilə tədbirlərin keçirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb. Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir. Sonda xatirə şəkli çəkilib.

Keçidlər