Şirvanda “Peşə təhsilinin şəhid məzunları” adlı tarixi-bioqrafik kitabın təqdimatı olub.
25 fevral 2025 | 12:49
Təqdimat mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, şəhid ailə üzvləri və liseyin pedaqoji kollektivi iştirak ediblər.
Kitab şəhid olmuş peşə təhsili məzunlarının həyat fəaliyyətini, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardıqları mübarizəni, döyüş yolunu geniş ictimaiyyətə çatdırmaq məqsədilə hazırlanıb.
Kitabda Şirvan Peşə Liseyinin 4 şəhid məzunu haqqında da ətraflı məlumat yer alıb.
Tədbirin sonunda “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiyasında işıq üzü görmüş “Peşə təhsilinin şəhid məzunları” adlı tarixi-bioqrafik kitab şəhid ailə üzvlərinə təqdim edilib.