Şirvanda “Peşə və sənət” festivalı təşkil olunub.
Mayın 7-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Peşə Liseyinin birlikdə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Peşə və sənət” festivalı təşkil edilib.
Festivalda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, təhsil müəssisələrinin nümayəndələri, peşə liseyinin və şəhərin ümumtəhsil məktəblərinin tələbə və şagirdləri iştirak ediblər.
Festival iştirakçıları və qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olublar, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.
Stendlərdə elektrik montyoru, nef və qaz mühəndisliyi, dizayner, dərzi, bərbərlik, aşpazlıq və digər sahələr üzrə alət və avadanlıqlar sərgilənib.
Festival tələbə və məktəblilərin ifasında konsert proqramı ilə davam edib.
Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.