Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Prokuror” tamaşası nümayiş olunub.

14 noyabr 2024 | 17:54

Noyabrın 14-də Lənkəran Dövlət Dram Teatrının truppasının ifasında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Şirvan Folklor Evində nümayiş olunan tamaşanı Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Şahin Şahbazov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Səhnə əsərində gənc hüquqşünas Şöhrət Poladovun ucqar bir rayonun prokuroru kimi üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələrək cinayətkar dəstənin zərərləşdirilməsindən bəhs olunur.

Tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla izlənib.

Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov teatrın kollektivi ilə görüşüb, tamaşanın yüksək səviyyədə hazırlanmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər