Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda qida məhsullarının saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib

02 may 2024 | 17:11

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılmasının) icrası ilə əlaqədar 01-02 may tarixlərində vətəndaşlarla keçirilən görüşlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan Regional bölməsinin mütəxəssisi cəlb olunmuş və şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları ilə birgə vətəndaşlar qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı məlumatlandırılmış, sakinlərə mövzu ilə bağlı müvafiq bukletlər paylanmışdır.

Qeyd edək ki, bu kimi tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.

Keçidlər