Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda qida təhlükəsizliyi ilə əlaqədar növbəti maarifləndirici görüş keçirilib.

26 aprel 2024 | 14:46

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması), 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və. s) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  aprelin 26-da Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici görüş keçirilib.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, İstehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Mirəhə Mustafayev,  Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan Regional bölməsinin qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi Zaur Şəkərov, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri Qalib Mirzəyev və Yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksionisti Xəyalə Ağayeva iştirak ediblər.

 Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanmanın vacibliyindən, qida vasitəsilə yayılan xəstəliklərin qarşısının alınmasından geniş söhbət açılıb, müvafiq tövsiyələr verilib. Həmçinin qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb və mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər