Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Qisas” tamaşası nümayiş etdirilib.

28 mart 2024 | 15:47

Martın 28-də Biləsuvar Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəncərə” teatrı tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qisas” tamaşası nümayiş etdirilib.

Şirvan Şəhər Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşada xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından bəhs olunub.

Yazıçı-publisist Ruhiyyə Abbaszadənin “Qisas” hekayəsinin motivləri əsasında hazırlanan tamaşanın rejissorları İlqar Dadaşov və Cahangir Məlikovdur.

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Keçidlər