Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

13 yanvar 2026 | 15:58

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılmasının) icrası ilə əlaqədar yanvarın 13-də şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən səyyar görüşə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan Regional bölməsinin mütəxəssisi cəlb olunmuş və şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə birgə sağlam və rasional qidalanmaya riayət olunması ilə bağlı vətəndaşlara müvafiq məlumatlar verilərək, bukletlər paylanılıb.

Qeyd edək ki, bu kimi tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.

Keçidlər