Şirvanda sahibkarlarla dövlət dəstək mexanizmləri və investisiya imkanları müzakirə olunub.
Sentyabrın 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şirvan şəhər KOB dostu tərəfindən Şirvan Gənclər Evi SXM-də sahibkarlarla “Dövlət dəstək mexanizmləri: investisiya, imkanlar, çətinliklər və perspektivlər” mövzusunda növbəti sahəvi görüş keçirilib.
Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Məşğulluq Filialının, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin və Aqrar Sığorta Fondunun əməkdaşları, şəhərdə fəaliyyət göstərən bankların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Görüş zamanı sahibkarların biznes fəaliyyətinin inkişaf etdirilməsi, investisiya imkanlarından və dövlət dəstəyi mexanizmlərindən yararlanması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, sahibkarların qarşılaşdıqları çətinliklər və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






