Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda sahibkarlığın güzəştli kreditləşdirilməsi mövzusunda tədbir keçirilib.

26 oktyabr 2023 | 10:52

25 oktyabr 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin, Sahibkarlığın İnkişafı Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə sənaye və digər sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda görüş keçirilib.

Görüşdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyyəti sədrinin müşaviri Namiq Zeynalov, Sahibkarlığın İnkişafı Fondunun əməkdaşı Qəzənfər Səfərxanlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aran Regional Kordinatorluğunun kordinatoru Ayaz Adilov, Şirvan şəhər KOB dostu Rəhman Nəcəfov və müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə sənaye və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlara müvafiq qurumların əməkdaşları tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın  tələbləri, Fondun prioritet istiqamətləri haqqında məlumat verilmiş və sahibkarların maliyyə əlçatanlığı ilə bağlı çətinlikləri öyrənilmiş, çətinliklərin aradan qaldırılması istiqamətində qanunvericiliyin tələbləri onlara izah olunmuşdur. Dövlət qurumlarının nümayəndələri tərəfindən görüş çərçivəsində biznesin maliyyə resurslarına çıxışı barədə sahibkarları maraqlandıran  suallar cavablandırılmış, onların təklifləri dinlənilmişdir.

Keçidlər