Şirvanda sahibsiz heyvanların peyvəndlənməsi başa çatıb.
03 fevral 2023 | 17:30
Son zamanlar sahibsiz itlərin populyasıyasının artması insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin yayılması təhlükəsi yaradıb. İnsanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin iştirakı ilə ölkə ərazisində insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin ləğv edilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. Sahibsiz heyvanlar üçün sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası, vəhşi təbiətdə olan həssas heyvanların və sahibsiz itlərin oral üsulla peyvəndləmə işlərinin aparılmasına başlanılıb.
Bu məqsədlə Şirvan şəhər Heyvan sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin mütəxəssisləri Qida Təhlükəsizliyi Agentliyinin Regional Şöbəsinin, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin nümayəndələrinin iştirakı ilə şəhər ərazisində sahibsiz itlərdə quduzluq xəstəliyi əleyhinə oral peyvəndləmə tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər bütün şəhər ərazisində mütəmadi davam etdiriləcəkdir. Hazırda mövcud sahibli itlər arasında da quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir.
Mətbuat xidməti