Şirvanda sahibsiz heyvanların peyvəndlənməsi davam etdirilir.
Sahibsiz itlərin populyasiyasının artması insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin yayılması təhlükəsi yaradıb. İnsanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi Agentliyinin iştirakı ilə ölkə ərazisində insanlar və heyvanlar arasında quduzluq xəstəliyinin ləğv edilməsi, sahibsiz heyvanlar üçün sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası, vəhşi təbiətdə olan həssas heyvanların və sahibsiz itlərin oral üsulla peyvəndləmə işlərinin aparılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilir.
Bu məqsədlə 29 fevral və 1 mart 2024-cü il tarixdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətlər Mərkəzinin Şirvan şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin mütəxəssisləri Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin nümayəndələrinin iştirakı ilə şəhər ərazisində sahibsiz itlərdə quduzluq xəstəliyi əleyhinə oral peyvəndləmə tədbirləri həyata keçirilir.
Görülmüş tədbirlər bütün şəhər ərazisində mütəmadi davam etdiriləcəkdir. Hazırda mövcud sahibli itlər arasında da quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir.