Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Şahin” hərbi-idman oyunları üzrə şəhər birinciliyi keçirilib.

05 aprel 2024 | 17:51

Aprelin 5-də M.Osmanov adına 20 nömrəli tam orta məktəbdə şəhərin ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.

Tədbirdə Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafail Nəsirov, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Samit Həsənov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Şirvan Şəhər Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Samit Həsənov yarışı giriş sözü ilə açaraq, gənclərdə vətənpərvərlik, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədilə hər il keçirilən “Şahin” hərbi-idman oyunlarının vacib məsələ kimi dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasından, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsindən bəhs edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuzun qalib gələrək işğal altında olan torpaqlarımızı azad etməsində vətənpərlik təbliğatının düzgün aparılmasının rolunu vurğulayıb. Lakin buna baxmayaraq hər bir vətəndaşın daim torpaqlarımızın müdafiəsinə hazır olmalı olduğunu diqqətə çatdırıb.      

Şirvan Şəhər İcra Hakimiyyəti nümayəndəsi Rafael Nəsirov yeniyetmə və gənclərimizin hərbi-idman oyunlarına həvəslə hazırlaşmasından və yarışlarda coşğu ilə mübarizə aparmasından sevinc və qürur hissi keçrdiyini bildirib. Bu şagirdlər arasından gələcəyin igid əsgərlərinin yetişdiyini vurğulayıb.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələri ilə haqlı olduğumuzu dünyaya sübut etdiklərini diqqətə çatdırıb. Üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmasına və şəhidlərimizin qəhrəmanlığı nəticəsində rahat yaşaya bildiyimizə görə son 30 ildə yetişən gəncliyə minnətdar olduğumuzu söyləyib. Yarış iştirakçılarına uğurlar arzulayıb və gələcəkdə Vətənin müdafiəsinə daim hazır olmalarını tövsiyə edib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğunu bildirib.

Çıxışlardan sonra Hərbi-idman oyununda komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən N.Quliyev adına 9 nömrəli tam orta məktəb I yerin, M.İsrailov adına 18 nömrəli tam orta məktəb-lisey II yerin, Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsi III yerin sahibi olub.

Keçidlər