Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şahmat turnirinə start verilib.

27 yanvar 2026 | 17:18

Yanvarın 27-də "Təhsil" Respublika İdman Mərkəzinin Şirvan şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat üzrə 8,10,12,14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarının zona mərhələsi üzrə açılış mərasimi keçirilib.

Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz​ xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ramil Tağıyev qonaqları və yarış iştirakçılarını salamlayıb, yarışın keçirilmə qaydaları barədə ətraflı məlumat verib. Yarışın qaliblərinin məktəb rəhbərliyi tərəfindən diplom və medallarla təltif olunacağını diqqətə çatdırıb.

Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan sektorunun müdiri Varis Qasımov şahmatçılara uğurlar və nailiyyətlər arzulayıblar.

Seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 5 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 50 yeniyetmə şahmatçı iştirak edir.

Yarışda yüksək nəticə göstərən komandalar Gəncə şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Keçidlər