Şirvanda şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.
27 yanvar 2024-cü il tarixində Şirvan Olimpiya İdman Kompleksində 8,10,12,14 və 16 yaşlı oğlan və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.
Yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) I vitse-prezidenti Faiq Həsənov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ramil Tağıyev, tanınmış şahmatçı, Azərbaycan çempionu Gülnar Məmmədova və digər qonaqlar iştirak ediblər.
Seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edir.
Hər yaş qrupunda yüksək nəticə göstərən şahmatçılar iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaqlar.
Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur.
Azərbaycan çempionatının seçmə yarışları fevralın 3-də başa çatacaq.