Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 illiyinə həsr olunmuş tədbir keçirilib.

13 fevral 2025 | 12:51

Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və SHXÇDX-nin Şirvan şəhər şöbəsinin əməkdaşları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, ehtiramlarını ifadə ediblər.

Tədbir çərçivəsində Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov SHXÇDX-nin yaradılmasının 13 illiyi münasibətilə Xidmətin kollektivini təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlət quruculuğu və qüdrətli ordu formalaşdırılması prosesi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilərək özünün zirvə nöqtəsinə yüksəlib.

Vurğulayıb ki, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrimizin müntəzəm inkişafı, maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlətimizin başçısının bütün bu işlərə hər zaman uzaqgörən rəhbər diqqəti göstərməsi Azərbaycan xalqını ən böyük Qələbəyə - 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə qovuşdurub. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın zəngin tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi SHXÇDX tərəfindən müvəffəqiyyətlə həyata keçirilib.

Sonra çıxış edən SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov əlamətdar gün münasibətilə Xidmətin əməkdaşlarını təbrik edib, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yeniyetmə-gənclərin hərbi vətənpərvərlik ruhunda hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Daha sonra xidməti fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görə və SHXÇDX-nin yaranmasının 13-cü ili münasibətilə bir qrup şəxs fəxri fərmanlarla təltif edilib, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədova 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər