Şirvanda şəhid atası müalicə aldığı xəstəxanada ziyarət olunub.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərlə görüşür, qayğıları ilə maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Aprelin 22-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında səhhətində yaranmış problemlə əlaqədar müalicə olunan, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ordumuzun şəhid olmuş hərbi qulluqçusu, polkovnik-leytenant Rəşad Hüseynovun atası Rəhim Hüseynovun səhhəti ilə maraqlanaraq, müvafiq tapşırıqlar verib, ona Allahdan şəfa diləyib.
Şəhid atası Rəhim Hüseynov göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya özü və ailəsi adından minnətdarlıq ifadə edib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 21 saylı tam orta məktəbdə təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Daxili Qoşunlarda xidmət edib. 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Rəşad Hüseynov 22 sentyabr 2023-cü ildə Şirvan Şəhidlər xiyabanında dəfn edilib. Hərbi xidməti zamanı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)", 1-ci dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunan Rəşad Hüseynov, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailəlidir, Rəşidə və Xədicə adında iki qız övladı var.